"Konstitusiya islahatları davam edən prosesdir" - MM sədrinin müavini

"Konstitusiya islahatları davam edən prosesdir. Konstitusiya ilə təsbit olunan institutların inkişafı ilə bağlı dəyişiklik və əlavələr edilməlidir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda çıxışı zamanı parlament sədrinin müavini Ziyafət Əsgərov deyib.
O bildirib ki, Azərbaycan konstitusiyası dünyada sayılıb-seçilən normativ hüquqi aktlardan biridir: "Bu mənada kostitusiyamızla fəxr edə bilərik. Amma həyat yerində dayanmır, ictimai münasibətlərin dinamikası sürətlə irəliləyir. Yeni problemlərin yaranması, yeni institutların meydana gəlməsi, onların fəaliyyətinin tənzimlənməsi meydana çıxır. Ona görə də müxtəlif illərdə kostitusiyamıza insanların hüquq və azadlıqları ilə bağlı əlavələr edildi. Konstitusiya islahatları əslində davam edən prosesdir".
Digər Xəbərlər

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşüb - FOTOLAR

Azərbaycan və Oman arasında məsləhətləşmələr keçirildi

Zakir Həsənov İsrail müdafiə naziri ilə görüşüb

Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir

"Azərbaycan və İran ikitərəfli əlaqələri gücləndirməlidir" - Hikmət Hacıyev

Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var

Regionda sülh üçün münbit şərait yaranıb - Prezidentin köməkçisi
