Könül Nurullayeva AŞPA-nın plenar sessiyasında təkliflər irəli sürüb
Milli Məclisin deputatı Könül Nurullayeva 24-28 yanvarda keçirilən Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası çərçivəsində "Dinlənmək hüququ: uşaqların iştirakı, demokratik cəmiyyətin təməli" mövzusunda fikirlərini yazılı formada qarşı tərəfə çatdırıb.
K.Nurullayeva öncə demokratik cəmiyyət qurmaq üçün qərarların qəbulu prosesində uşaqların fikirlərini, ideyalarını və təcrübələrini nəzərə alaraq, onların hüquqlarının qorunmasının vacibliyi məsələsinə toxunub. Daha sonra ölkəmizdə uşaq hüquqlarının müdafiəsi məqsədi ilə qəbul olunmuş Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu, Ailə Məcəlləsi, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunundan bəhs edən millət vəkili, Milli Məclis tərəfindən ratifikasiya olunmuş bəzi konvensiyalara da diqqət çəkib. Deputat Könül Nurullayeva uşaq hüquqlarının müdafiəsi ilə bağlı bir neçə təklif irəli sürüb.
Digər Xəbərlər
27 Sentyabr 2026 17:05
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
27 Sentyabr 2026 13:52
Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər
27 Sentyabr 2026 13:49
Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər
27 Sentyabr 2026 13:01
“Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”
27 Sentyabr 2026 09:49
"Euronews" 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc etdi
27 Sentyabr 2026 09:36
Xarici İşlər Nazirliyi bəyanat yaydı
26 Sentyabr 2026 20:10
Heç bir ölkə müharibələrdən sığortalanmayıb - Səxavət Məmməd yazır
26 Sentyabr 2026 19:45


Bakı -°C

