Koronavirus xəstəsi yas mərasimində SAXLANILDI
Salyanda evi tərk edən COVID-19 xəstəsi ictimai yerdə saxlanıldı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin adıçəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.
Polis şöbəsinin əməkdaşları tərəfindən İ.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Faktla əlaqədar Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
Digər Xəbərlər
20 Sentyabr 2024 21:08
Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq
19 Sentyabr 2024 12:32Sabah yağış yağacaq
18 Sentyabr 2024 18:48Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR
18 Sentyabr 2024 16:13Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında - FOTOLAR
17 Sentyabr 2024 11:17