Koronavirusun yeni əlamətləri açıqlanıb
Koronavirusun yeni əlamətləri açıqlanıb.
Adalet.az "report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın tanınmış immunoloqu Vladimir Bolibok "Veçernyaya Moskva" nəşrinə açıqlamasında bildirib.
"Koronavirusun omikron ştamının bədəndə zəiflik əlaməti var. Həmin əlamət digər növ viruslarında baş vermir, buna görə də onu digər xəstəliklərlə ayırd etmək çətindir", - o deyib.
Həkimin sözlərinə görə, ən çox rast gəlinən əlamətlər burun tutulması, baş ağrısı və göz bəbəklərində ağrı olub. Vladimir Bolibok qeyd edib ki, koronavirusa yoluxmadan sonra qoxu itkisinə indi nadir hallarda rast gəlinir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 590 659 276 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən ölənlərin sayı 6 440 163 nəfər təşkil edir.
Virusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya və Cənubi Koreya siyahıda ilk yeddiliyi bölüşür.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Digər Xəbərlər
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
12 Sentyabr 2026 10:20
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
12 Sentyabr 2026 10:02


Bakı -°C

