23 Oktyabr 2024 17:15
449
DÜNYA

Kral III Çarlz getdiyi Avstraliyada təhqir olundu: Lənətlənmiş müstəmləkəçi...

Böyük Britaniya kralı III Çarlz noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək COP-29 iqlim sammitində iştirakdan imtina etdi və səbəb kimi xərçəng xəstəsi olduğunu bildirdi.Amma Avstraliyaya 5 günlük səfərə gedəndə xəstəliyi yadına düşmədi.


Adalet.az xəbər verir ki, Böyük Britaniya kralı III Çarlz hakimiyyətinin əvvəlindən bəri ilk dəfə həyat yoldaşı Kraliça Kamilla ilə Avstraliyaya 5 günlük səfəri zamanı qalmaqalın mərkəzində olub. Bu barədə The New York Post xəbər verir.

Səfər zamanı o, Avstraliya parlamentinin üzvləri və senatorlar qarşısında çıxış edib.
Çıxışından sonra Avstraliyanın Viktoriya əyalətindən olan müstəqil və yerli senator Linda Torp qışqıraraq Britaniyanın müstəmləkəçiliyinə və yerli avstraliyalıların soyqırımına qəzəb və ikrah hissini ifadə edib. O qəzəblə kralın kürsüsünə yaxınlaşıb və ona qışqıraraq “Bura sizin ölkəniz deyil” deyib.

Britaniyanın yerli avstraliyalılara qarşı müstəmləkəçi dövlət kimi törətdiyi cinayətləri sadalyan Torp mühafizəçilər tərəfindən parlamentdən çıxarılmağa çalışılıb. Elə o arada xanım deputat yenə uca səslə Çarlza tərəf bu sözləri deyib : “Siz xalqımıza qarşı soyqırım törətdiniz. Bizə torpaqlarımızı geri verin. Bizdən oğurladıqlarınızı bizə qaytarın, sümüklərimizi, kəllələrimizi, körpələrimizi, uşaqlarımızı, insanlarımızı.
Ölkəmizi məhv etdiniz. Siz soyqırımın müəllifisiniz. Bura sənin torpağın deyil. Lənətlənmiş müstəmləkəçi, sən mənim kralım deyilsən. Sən bizim kralımız deyilsən”.

Qeyd olunur ki, bu cür bəyanatlar Britaniya kralına qarşı ən böyük ittiham hesab edilib. Avstraliya mətbuatı xəbər verir ki, avstraliyalı senator kralın sözdə humanitar üzünü və Britaniya monarxiyasını ifşa edib.

Əntiqə Rəşid