adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Aprel 2024 13:54
735
GÜNDƏM

Kreml sülhməramlı kontingentin Qarabağdan çıxarılmasını TƏSDİQLƏDİ

Kreml Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Adalet.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması prosesini əks etdirən kadrlar yayılsa da bununla bağlı hər hansı bir rəsmi açıqlama yox idi.

Xatırladaq ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.