KTMT-da dəyişiklik: Zas getdi, Tasmaqambetov gəldi
Erməni mediası yazır ki, ötən gün KTMT-nin baş katibi Stanislav Zas çıxış edib. O, bildirib ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçirilən sessiyasının müzakirəsinin əsasını iki sənəd təşkil edir. Birincisi, ölkə rəhbərlərinin Ermənistana yardım etmək qərarıdır:
“Bu, ümumiyyətlə hazırdır, razılaşdırılıb və Azərbaycanla sərhəddəki gərginliklə bağlı çətin vəziyyətdə Ermənistana yardım göstərilməsi üçün tədbirlər çərçivəsi qərara alınıb, lakin sənədə bir sıra aspektlərə yenidən baxılmasına ehtiyac var”.
Müzakirə olunan digər sənəd KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsidir. O da razılaşdırılıb, lakin bugünkü müzakirə nəticəsində bir neçə redaktə edilməsi qərara alınıb.
Erməni mediası Zasın bu çıxışını “bəh-bəh”lə tirajladığı saatlarda başqa bir xəbər yayıldı. Xəbər ermənilərin qol- qanadını “sındırdı”.
Adalet.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi dəyişib.
Stanislav Zas KTMT-nin baş katibi kimi üç illik fəaliyyətini başa vurduğu üçün baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək...
Qeyd edək ki, KTMT üzvlərindən olan Qırğızıstan və Qazaxıstan İstanbul görüşündə KTMT üzvü Ermənistana qarşı Azərbaycanı dəstəkləməsi bir çox dairələrdə qıcıq doğurmuşdu.
Digər Xəbərlər
17 Sentyabr 2026 22:05
Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - VİDEO
17 Sentyabr 2026 19:47
Prezidentlə xanımı hotel açılışında - VİDEO
17 Sentyabr 2026 19:20
Prezidentlə xanımı Pir Ömər Sultan ziyarətgahında - FOTOLAR + YENİLƏNİB
17 Sentyabr 2026 17:17
Prezidentdən Famil Mustafayevlə bağlı SƏRƏNCAM
17 Sentyabr 2026 16:59
"Azərbaycan media təxribatlarına qarşı böyük uğurlar əldə edib" - Prezident
17 Sentyabr 2026 16:58
İlham Əliyev və birinci xanım "Pirqulu Park" hotelinin açılışında - YENİLƏNİB
17 Sentyabr 2026 15:45
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - YENİLƏNİB + FOTOLAR
17 Sentyabr 2026 15:24


Bakı -°C

