Külli miqdarda narkotik vasitənin realizəsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb.
Adalet.az xəbər verir ki, daxil olmuş məlumat əsasında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən, Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının qarşısında geyim, ayaqqabı və tekstil məhsullarının toplanıldığı qutunun altında yerləşdirilən narkotik vasitə-metadon naməlum şəxs tərəfindən götürülərkən saxlanılıb.
“Lada” markalı avtomobillə əraziyə gələn həmin şəxsin götürdüyü sellofan torbaya baxış keçirilib. Baxış zamanı sellofan torbada hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 50 konvalyutda 500 ədəd “Methadone 40” adlı həblər aşkar edilib.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
29 Sentyabr 2026 12:15
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
29 Sentyabr 2026 10:10
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
28 Sentyabr 2026 18:26
Vüsal Şilderin qatili ifadə verməkdən imtina etdi
26 Sentyabr 2026 11:03
Polis ötən gün 57 nəfəri saxlayıb
26 Sentyabr 2026 09:53
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31


Bakı -°C

