adalet.az header logo
  • Bakı -°C
07 Avqust 2026 11:16
61
DÜNYA
A- A+

Kuşadası Bələdiyyəsinə qarşı əməliyyat: 15 nəfər saxlanıldı

İstanbul Baş Prokurorluğunun apardığı "rüşvət" və "mənimsəmə" istintaqı çərçivəsində Kuşadası Bələdiyyəsinə qarşı əməliyyat keçirilib.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat İzmir, Aydın və Antalya şəhərlərində eyni vaxtda həyata keçirilib.

Əməliyyat zamanı 15 şübhəli saxlanılıb, daha 7 nəfər barəsində isə həbs qərarı çıxarılıb.