Laçın, Cəbrayıl və Əsgəranda poçt şöbələri fəaliyyətə başlayacaq

Füzuli şəhərində MİDA binaları ərazisində artıq bu ildən poçt şöbəsi fəaliyyətə başlayıb. Yanvar ayında Şuşada poçt şöbəsi istifadəyə verildi. Növbəti mərhələdə Laçın, Cəbrayıl, Əsgəranda poçt şöbələri fəaliyyətə başlayacaq.
Adalet.az xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev 2024-cü ilin maliyyə göstəriciləri ilə bağlı keçirilən brifinqdə deyib.
“Hazırda Bakıda 4 poçt filialı 135 şöbə fəaliyyət göstərir. Azərbaycanın işğaldan azad olunmuş regionlarımızda 11 poçt filialı 28 poçt şöbəsi var. Ölkə üzrə ümumilikdə 20 regional poçt filialı və 688 poçt şöbəsi fəaliyyət göstərir”, - deyə İsi Mustafayev əlavə edib.
Digər Xəbərlər

Prezidentdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlı FƏRMAN

Dumana görə bu gəmilərin istismarı qadağandır - FHN-dən müraciət

Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib

ÜST-nin Baş direktoru Bakıya gəlir

Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...

ADY-dən sürücülərə və sərnişinlərə MÜRACİƏT

Əfv Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB
