ADY-dən sürücülərə və sərnişinlərə MÜRACİƏT

“Azərbaycan Dəmir Yolları” QSC dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Adalet.az-ın məlumatına görə, müraciətdə deyilir ki, son günlər müşahidə olunan dumanlı hava səbəbindən platformalarda, dəmir yollarının və dəmiryol keçidlərinin ətrafında görmə bucağı və məsafəsinin azalması müşahidə olunur.
"Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olun, məhdudlaşdırıcı xətti keçməyin.
Dəmiryol keçidlərinə yaxınlaşan sürücülərə qatarın gəlmədiyinə və yolun aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirməyi tövsiyə edirik”,- deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər

Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib

ÜST-nin Baş direktoru Bakıya gəlir

Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...

Əfv Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

“Bakı Tekstil Fabriki”nə məxsus tikiş sexinin fəaliyyəti dayandırıldı - VİDEO

Azərbaycanın hərbi helikopterləri havaya qalxdı - VİDEO

Daxili Qoşunların yaranmasının ildönümü qeyd edilib - VİDEO
