Azərbaycanın hərbi helikopterləri havaya qalxdı - VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.
Daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.
Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar plana uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.
Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər.
Digər Xəbərlər

Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib

ÜST-nin Baş direktoru Bakıya gəlir

Ramazanın 13-cü günü: Dua, imsak və iftar vaxtı...

ADY-dən sürücülərə və sərnişinlərə MÜRACİƏT

Əfv Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

“Bakı Tekstil Fabriki”nə məxsus tikiş sexinin fəaliyyəti dayandırıldı - VİDEO

Daxili Qoşunların yaranmasının ildönümü qeyd edilib - VİDEO
