Hikmət Hacıyev Ermənistanı Konstitusiyasını dəyişməyə çağırdı

Ermənistan regionda sülh istəyirsə, Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, eyni zamanda, Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi aparılıb: “Regionda tam əhatəli sülh təmin olunması üçün bu da bir şərtdir. Minsk Qrupuna bu gün heç bir ehtiyac yoxdur. Kimsə Minsk Qrupunu dirçəltmək istəyirsə, bu utopiyadır. Ermənistan Minsk Qrupunun saxlanmasına çalışır. Bu kimi hallar, xüsusilə Ermənistanın Konstitusiyası ilə bağlı hallar aradan qaldırılandan sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşacaq”
Digər Xəbərlər

"Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb" - Ceyhun Bayramov

İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Prezident Jelka Tsviyanoviç ilə görüşdü - FOTO

"Ermənistandan gözləntimiz odur ki..." - Hikmət Hacıyev

Deputat Könül Nurullayeva vətəndaşlarla görüşüb - FOTO

"Gürcüstan-Azərbaycan münasibətləri Ermənistan üçün də nümunə ola bilər" - Hikmət Hacıyev

Sahil Babayev sədr təyin edildi
