"Ulduz" jurnalının növbəti sayı buraxılıb
“Ulduz” jurnalının mart sayı “Yeni nəsil: nəsr - “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsi” kimi hazırlanıb.
Adalet.az xəbər verir ki, jurnalın bu sayında gənc nəsildən olan nasirlərin - Əli Zərbəlinin “Qəhqəhə”, Nadir Yalçının “İnsan məskən salır”, Mətanət Teymurlunun “İçimdəki yaddaş”, Aysel Şıxlının “Sonsuzadək gülümsəyən uşaq”, Uraqan Abdullayevin “Pianino”, Heyran Zöhrabovanın “Bir gün Səbinəgildə”, Ulucay Akifin “Gözlənilməyən bir qətlin tarixçəsi”, Şamil Həsənin “Bağacıq”, Ayxan Ayvazın “Banan qabığı”, Orxan Həsəninin “Metro terminalının sevgisi”, Lamiyə Məmmədovanın “Pişik”, Həmid Piriyevin “Nəlbəkidə üzən kağz gəmilər”, Furqanın “Onun meyvəsi”, Jalə İslamın “Bizi ayıran yollar bir gün qovuşduracaq...” hekayələri yer alır.
“Tribuna”da Dilarə Adilgil “Seyfəddin Hüseynlinin bir kitabına ikili baxış”dan söz açır. “Şeir vaxtı”nda Nübar Eldarqızıdır. Fərqanə Səfərli və Tabəs Nəcəfzadənin şeirləri, Mir Kamilin qəzəlləri də mart sayında oxucularla görüşür. “Ulduz”un qonağı” rubrikasında Şahanə Müşfiqin qonağı Akademik Dövlət Opera və Balet Teatrının solisti, Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasının rəhbəri, Əməkdar artist Ramil Qasımovdur. “Dərgidə kitab”da filologiya elmləri doktoru Sərxan Xavəri “Məhəmməd Füzuli: situativ vizuallıqdan təsəvvüfi straksiyayadək” yazısını təqdim edir. “Dərgidə sərgi”də rənglər dünyasıyla Aytac Cahangirdir.
Digər Xəbərlər
27 Mart 2026 17:37
118 YAŞLI FÜZULİ TEATRI ( davamı) - Mirqiyas Seyidsoylu yazır
27 Mart 2026 11:35
DƏYƏRLİSƏN MƏNİMÇÜN! - Sevil Azadqızı yazır
27 Mart 2026 00:14
Leyla Əliyevadan yeni şeir - VİDEO
27 Mart 2026 00:08
Əbülfət Mədətoğlu qələmindən "Yerə!" - Sevil Azadqızı yazır
25 Mart 2026 19:15
SEYRAN SƏXAVƏT - AZƏRBAYCAN ƏDƏBİYYATINDA "XRİZANTEMA"
25 Mart 2026 18:27
Sərhədlərdən Uzaqda Başlayan Əxlaqın Səsi
25 Mart 2026 18:05
"Çıxarılmamış xəzinə" - Pərvanə Bayramqızı yazır
23 Mart 2026 15:28


Bakı -°C

