13 Mart 2025 15:42
252
SİYASƏT

"Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb" -Ceyhun Bayramov

"Sülh sazişi layihəsi ilə bağlı mən onu deyə bilərəm ki, sazişin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb".

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb.

Buna görə mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik", - o bildirib.