Prezident ÜST-ün Baş direktorunu qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
Adalet.az xəbər verir ki, Tedros Adhanom Qebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və bu konfrans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini dedi.
Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlərin görüldüyünü qeyd etdi.
Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun Azərbaycanla birlikdə müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrin önəminə toxundu.
Görüşdə Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq məsələlərinə, həmçinin BMT strukturlarının gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı XII Qlobal Bakı Forumunun və onun gündəliyində duran məsələlərin əhəmiyyəti vurğulandı.
Digər Xəbərlər

İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul etdi - YENİLƏNİB

Sumqayıt deputatları Peşə məktəbində oldular - FOTOLAR

XII Qlobal Bakı Forumunda Prezidentin çıxışının tam mətni - FOTOLAR + YENİLƏNİB

Ermənistanla sülh sazişi üzrə danışıqlar yekunlaşdı - XİN

"Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb" - Ceyhun Bayramov

İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Prezident Jelka Tsviyanoviç ilə görüşdü - FOTO
