Laçın MDB-nin mədəniyyət paytaxtı missiyasını başa vurur
Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 29-30 noyabr tarixlərində Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” ilinin rəsmi bağlanış mərasimi keçirilir.
Bu barədə Adalet.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin Mədəniyyət Paytaxtı” elan olunub.
Bağlanış tədbirlərində ölkəmizdən, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistandan nümayəndələr iştirak edirlər. İki gün ərzində Laçın şəhərinə ekskursiya təşkil olunacaq, dəyirmi masa, konsert proqramı və rəsmi bağlanış mərasimi keçiriləcək.
Bununla da, Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı missiyasını başa vuracaq.
Digər Xəbərlər
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36
Təqaüdçü aktyorlar niyə diqqətdən kənar qalıb?- SORĞU
20 Dekabr 2025 18:55
Qədir Rüstəmovun xatirəsi anıldı - FOTOLAR
17 Dekabr 2025 16:47


Bakı -°C

