Laçın sakinləri doğma yurda qayıtmağa hazırdır - VİDEO
Laçın rayonunun Sonasar kənd inzibati ərazisinə daxil olan Sonasar kəndinin sakini Quliyev İsfəndiyar Məhəmmədəli oğlu doğma yurda qayıtmağa hazırdır.
Adalet.az xəbər verir ki, qalan ömrünü Laçında yaşamağı səbrsizliklə gözlədiyini deyən laçınlı ağsaqqal Prezident İlham Əliyevin Laçının ən hündür yerində Azərbaycan bayrağını qaldırması mərasimini böyük sevinc hissi ilə baxdıqlarını qeyd edib:
“Bizim həyatımız Laçında davam edəcək”.
Bütün gözəlliklərin Laçında, Şuşada, Qarabağda cəmləşdiyini deyən Quliyeva Həcər Hüseyn qızı quruculuq və bərpa işlərini fəxr, qürur hissi ilə izlədiklərini deyib.
Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.
Digər Xəbərlər
31 Mart 2026 14:51
Bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
31 Mart 2026 11:53
Əmək müqaviləsi olanların 55 faizi Bakıda işləyir
31 Mart 2026 11:03
Qəbir yerləri sakinlərə pulla satılır? - İDDİA
31 Mart 2026 09:51
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
30 Mart 2026 13:16
Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməcilik keçirildi - FOTOLAR
28 Mart 2026 23:56
Piyadalara su sıçradan sürücülər cəzalanacaq - VİDEO
28 Mart 2026 21:06
Kommunal xidmətlər səfərbər oldu: Yağışın fəsadları aradan qaldırılır - FOTOLAR
28 Mart 2026 17:20


Bakı -°C

