28 May 2025 09:45
190
GÜNDƏM

Laçında məskunlaşan sakinlərin sayı açıqlandı

Laçında dünən də daxil olmaqla 3 153 nəfər məskunlaşıb.

Adalet.az xəbər verir ki, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə, şəhərdə məskunlaşmaq üçün 8 minə qədər insana elektron portalda icazə verilib.

Məlumata görə, 30-31 mayda Bəylik kəndində sakinlərin məskunlaşması başa çatacaq.