Laçında Novruz şənliyi keçirildi

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Laçınımıza bahar gəlir” adlı bayram şənliyi keçirilib.
Adalet.az-ın verdiyi məlumata görə, Novruz şənliyində rayon sakinləri, rəsmi şəxslər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Həkəri çayının kənarında təşkil olunan Novruz yarmarkası bayram tədbirinin ən maraqlı məqamlarından biri olub. Burada Laçının zəngin təbiətindən ilhamlanaraq yaradılan yerli məhsullar, eləcə də ölkənin müxtəlif bölgələrindən gətirilmiş milli sənət nümunələri nümayiş etdirilib. Yarmarkada xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovaya məxsus xalça kolleksiyası da sərgilənib.
Bayram tədbiri Novruzun ruhuna uyğun müxtəlif əyləncəli və rəngarəng konsert proqramları ilə davam etdirilib.
Digər Xəbərlər

Arzu və Leyla Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkdilər - FOTOLAR

Çaylarda sululuq artıb

Sabah 30° isti olacaq

Bakı şəhər prokurorluğunun yeni korpusunun açılışı oldu - FOTOLAR

Şuşa şəhəri: Gündüzdən gecəyə... - VİDEO

Arzu Əliyeva "Ümid Yeri" Uşaq Sığınacağını ziyarət etdi - VİDEO

Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - 16 nəfər müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO
