Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.
Adalet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.
Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Digər Xəbərlər
22 Aprel 2026 12:48
Liderlər mətbuata bəyanatlarla çıxış edirlər
22 Aprel 2026 12:48
Azərbaycan-Latviya sənədləri mübadilə edildi
22 Aprel 2026 12:40
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTOLAR
22 Aprel 2026 11:11
Əli Əsədov Qazaxıstana getdi
22 Aprel 2026 11:03
“ABŞ-İsrail ittifaqı İrana qarşı son əməliyyatlarında bir daha gördü ki...”
22 Aprel 2026 10:08
Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
22 Aprel 2026 09:58
Elçin Əmirbəyov Böyük Britaniyada görüşlər keçirdi - FOTOLAR
21 Aprel 2026 20:35


Bakı -°C

