Əbülfət Mədətoğlu: RAHAT OLURAM
Həmişə belə susqunam,
Özümlə, rahat oluram...
İmkan vermir ki, udqunam -
Gözümlə, rahat oluram...
Nə vaxt ki, havam korranır,
Gözlərim sanki torranır...
Ocağım səssiz qorranır -
Közümlə , rahat oluram...
Duz yükü deyilki, şələm,
Yaşamağa dəyər hələm!
Sirr vermir kağıza qələm -
Dözümlə , rahat oluram
Fərəh səpir sanki, bu Dan
Ruhdu məni kövrək tutan !
Ay könlümə ümid, fidan -
Sözünlə , rahat oluram!


Bakı -°C

