adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Mart 2023 16:28
273
DÜNYA

Lavrov Türkiyəyə gedir

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Lavrovun Türkiyəyə səfərinin aprelin 6-7-də baş tutacağını söyləyib.

Zaxarova Rusiya XİN başçısının türkiyəli həmkarının dəvəti ilə bu ölkəyə səfər edəcəyini və səfər çərçivəsində baş tutacaq danışıqlarda ikitərəfli münasibətlərin müzakirə olunacağını, Suriya, Ukrayna və Qarabağdakı hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacağını qeyd edib.