“Taliban” 14 ölkənin rəsmisi ilə görüşdü
“Taliban”ın rəhbərliyində təmsil olunan şəxslər Qətərin paytaxtı Dohada 14 ölkənin rəsmi nümayəndəsi ilə görüş keçirib.
Bu barədə “Taliban”ın sözçüsü Bilal Kərimi məlumat verib.
B.Kərimi görüşdə iştirak edən nümayəndələrin hansı ölkələrdən olması barədə tam siyahını açıqlamasa da, onların arasında Almaniya, Yaponiya, Yeni Zelandiya və Norveçdən olan nümayəndələrin olduğunu qeyd edib.
Görüşdə əsas mövzu ABŞ-ın Əfqanıstanın xarici banklarda olan aktivlərinin dondurulması olub.
“Taliban” bu iqtisadi blokadanın dərhal aradan qaldırılması üçün beynəlxalq aləmdən ABŞ-a təzyiq göstərməyi xahiş edib.
“Sputnik” Əfqanıstan
Digər Xəbərlər
20 Sentyabr 2024 20:00
Zelenski İrana sanksiya tətbiq etdi
20 Sentyabr 2024 19:13İrandan İsrailə qarşı yeni müharibə XƏBƏRDARLIĞI
20 Sentyabr 2024 18:20Netanyahunun ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb
20 Sentyabr 2024 17:36İsrail Beyrutu F-35 qırıcısı ilə vurdu - Ölənlər var - YENİLƏNİB
20 Sentyabr 2024 17:05