LDU-da “Yeni il karnavalı” - FOTOLAR
Lənkəran Dövlət Universitetinin(LDU) geniş Akt zalında 31Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2026-cı il münasibəti ilə möhtəşəm “Yeni il karnavalı” keçirilib.
Adalet.az xəbər verir ki, tədbir LDU-nun uğurlarını əks etdirən video-çarxın nümayişi ilə başlanıb. Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar Texnoloji Kollecin professor, müəllim, tələbə və işçi heyətinə ünvanladığı təbrik məktubunu Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Ramiz Şəmmədov təqdim edib.
LDU-da keçirilən tədbirlərdə fəal iştirak edən universitetin musiqi müəllimliyi ixtisasının sonuncu tədris ili tələbələrinə rektorun “Təşəkkürnamə”si, tarix müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Jalə Şahmarovaya isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası keçirdiyi müsabiqədə III yeri tutduğu üçün sözügedən qurumun mükafatları təqdim edilib.
Şaxta baba və Qar qızın qonaq olduğu bu ilki “Yeni il karnavalı” nda universitet kollektivinin sevincinə Lənkəran şəhər O. Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin balacaları şərik olublar. Balacalar tədbir boyu şeirləri, mahnıları ilə karnavala şux ovqat, rəngarənglik qatıblar. Şaxta baba və qar qız onlara yeni il hədiyyələri təqdim ediblər.
“Yeni il karnavalı”nda Lənkəran Dövlət Universitetinin tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Karnaval şux mahnılar, maraqlı səhnəciklərlə yaddaqalan olub, iştirakçılara xoş bayram əhval ruhiyyəsi, ovqatı bəxş edib.
Karnaval tələbələrin ifasında “Azərbaycan” mahnısının möhtəşəm ifası və “Yallı” rəqsi ilə yekunlaşıb.
Digər Xəbərlər
26 Yanvar 2026 11:53
Azərbaycan Universitetinin 12 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq
26 Yanvar 2026 09:06
Bu gün qış tətilindən öncə son dərs günüdür
24 Yanvar 2026 11:35
Məktəblərdə qış tətili başlayır
23 Yanvar 2026 13:17
Eksternat imtahanları ilk dəfə elektron qaydada keçiriləcək
23 Yanvar 2026 12:43
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı
23 Yanvar 2026 09:49
Gələn həftə məktəblərdə qış tətili başlayır
22 Yanvar 2026 16:45
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi
22 Yanvar 2026 10:54


Bakı -°C

