LDU-da yeni tədrs ilinə start verildi - FOTOLAR
Lənkəran Dövlət Universitetində (LDU) yeni-2025-2026-cı tədris ilinin başlanması münasibətilə bütün tədris korpuslarında tədbirlər keçirilib. 2 saylı tədris korpusunda keçirilən tədbiri LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilk Günü münasibəti ilə təbrik edib.
Universitetin rektoru I tədris ili tələbələrinə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını, universitetdə lazımi qayğı ilə əhatə olunacaqlarını deyib. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açan professor Natiq İbrahimov LDU-da son illərdə aparılan çox istiqamətli işlərdən söz açarkən LDU-da tələbə yataqxanalarının olmasını, modern tədris laboratoriyalarının quraşdırılmasını, xarici universitetlərlə beynəlxalq əlaqələrin genişləndirilməsini, ixtisaslaşmış elmi kadrların hazırlanmasını universitetin inkişafında mühüm istiqamət kimi dəyərləndirib. Prof. Natiq İbrahimov oğlanlar üçün 250 yerlik, qızlar üçün 160 yerlik tələbə yataqxanalarında hər cür şəraitin yaradıldığını valideyn və tələbələrin diqqətinə çatdırıb. Rektor bütün tələbə və müəllimlərə yeni tədris ilində uğurlar arzu edib.
Sonra professor Natiq İbrahimov LDU-ya yeni qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşərək arzu və təkliflərini dinləyib, auditoriyalara baş çəkib.
Digər Xəbərlər
27 Oktyabr 2026 15:32
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
27 Oktyabr 2026 11:46
Türkiyədən ali təhsildə yaşıl dönüş
26 Oktyabr 2026 18:10
Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqləndi
26 Oktyabr 2026 16:33
Azərbaycan Universiteti “Geopoetika” kitabının təqdimatını keçirib
26 Oktyabr 2026 11:19
"İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir" - Elm və Təhsil Nazirliyi
25 Oktyabr 2026 17:43
Peşəkar mühasib sertifikatı üzrə II mərhələ imtahanı keçirilib
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12


Bakı -°C

