Ləman Ələşrəfqızına ağır itki

Əməkdar jurnalist Ləman Ələşrəfqızına ağır itki üz verib.
Adalet.az xəbər verir ki, onun anası vəfat edib.
“Bu gün sizin hər biriniz üçün yanvar günəşi doğub, mənim Günəşim batdı. Anam hər kəsdən çox sevdiyi oğlunun yanına getdi. Bircə il dözə bilmədi onsuz. Mənə-sonbeşiyinə rəhm etmədi. Məni duasız qoydu. Dünyam dağılıb, dostlar. Viran qalmışam”, deyə yazıb.
Xatırladaq ki, jurnalistin qardaşı Fikrət Dadaşov 2022-ci ilin fevralında 60 yaşında koronavirusdan dünyasını dəyişib.
Digər Xəbərlər

Liftlərə qənim kəsilənlər

Qubada insan sümükləri TAPILDI

Yağış sularının kənarlaşdırılması üçün yeni kollektorlar salınır

Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

Bağçada bədbəxt hadisə - Azyaşlı xəsarət aldı

Sürücünün məsafə saxlamaması qəzaya səbəb olub- VİDEO

Babək prospektindəki təkər bazarında yanğın - VİDEO
