adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
06 Iyun 2023 12:41
320
HADİSƏ

Lənkəran sakini beş metr dərinlikdəki quyuya düşdü

Lənkəran sakini quyuya düşüb.

Adalet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə Lənkəran rayonunun Tütəpeştə kəndində bir nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.

Regional Mərkəzin xüsusi riskli xilasetmə qrupu kənd sakini, 1936-cı il təvəllüdlü Arifə Möhsün qızı Cahangirovanı beş metr dərinlikdə olan quyudan çıxarıblar.

A.Cahangirova təcili tibbi yardım briqadasına təhvil verilib./apa