Lənkəranda bankomat fırıldağı: 7 nəfərin pulunu oğurlayan şəxs saxlanıldı
Lənkəranda bankomatdan pul çıxarmaq istəyən şəxsləri aldadaraq onların vəsaitlərini ələ keçirən şəxs saxlanılıb.
Adalet.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev tutulub.
Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəli şəxs bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək təklif edərək onların bank kartlarındakı vəsaitləri mənimsəyib.
İlkin istintaq nəticəsində onun eyni üsulla ümumilikdə 7 şəxsin pulunu ələ keçirdiyi məlum olub.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ruhid Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
31 Avqust 2026 16:12
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
31 Avqust 2026 14:03
Evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs tutuldu
31 Avqust 2026 12:13
Sabirabadda narkotik bitki yetişdirən şəxs saxlanılıb
29 Avqust 2026 11:30
Nizamidə bir nəfəri döyərək pulunu və çantasını aldı - VİDEO
28 Avqust 2026 17:08
Qanunsuz onlayn kazinolarla bağlı daha 3 nəfər tutuldu - KMBİ-dən əməliyyat - VİDEO
28 Avqust 2026 14:00
Gömrükdə külli miqdarda bəyan edilməyən dərman AŞKARLANDI
28 Avqust 2026 12:58
Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu
26 Avqust 2026 17:00


Bakı -°C

