Qanunsuz onlayn kazinolarla bağlı daha 3 nəfər tutuldu - KMBİ-dən əməliyyat - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Adalet.az xəbər verir ki, kiberpolisin həyata keçirdiyi növbəti tədbirlərlə saxlanılan Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənovun ölkə ərazisində fəaliyyəti qadağan olunan “Xbet”, “MostBet” və “Vimpay” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən olunub.
Təqsirləndirilən şəxslərin paytaxt ərazisində icarəyə götürdükləri mənzildən qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün istifadə etdikləri texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul vəsaitləri aşkarlanıb.
İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri qeyd olunan platformalar vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
“Bir daha vətəndaşları sosial şəbəkələrdə və internet platformalarında təklif olunan qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Belə qanunsuz oyunların təşkili və idarə olunması, eləcə də oyunçu qismində iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət yaradır”, - məlumatda vurğulanıb.
Digər Xəbərlər
28 Avqust 2026 14:00
Gömrükdə külli miqdarda bəyan edilməyən dərman AŞKARLANDI
28 Avqust 2026 12:58
Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu
26 Avqust 2026 17:00
Gəncədə 16 yaşlı oğlan bıçaqlandı
26 Avqust 2026 11:09
Azərbaycanda polis bir gündə 48 nəfəri tutub
25 Avqust 2026 18:10
Ayrı-ayrı sərnişinlərə paylayıb ölkəyə gətirsələr də saxlanıldılar
24 Avqust 2026 17:00
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb - VİDEO
22 Avqust 2026 11:38
Polis avtomat, qumbara və tüfənglər aşkarladı
21 Avqust 2026 15:59


Bakı -°C

