Lənkəranda maarifləndirici tədbir keçirilib
Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyi “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsinin icrasına başlayıb. 2026-cı il iyulun 3-də layihə çərçivəsində Lənkəran şəhərində maarifləndirici tədbir keçirilib. İctimai Birliyin sədri Lalə Həmidova bildirib ki, layihənin məqsədi Azərbaycanda trüfelçilik sahəsinin inkişaf perspektivlərini təqdim etmək, fermerləri və kənd təsərrüfatı ilə məşğul olan şəxsləri trüfel istehsalının iqtisadi və ekoloji üstünlükləri barədə məlumatlandırmaq, eləcə də bu sahəyə marağı artırmaqdır.
Tədbir zamanı iştirakçılara trüfel göbələklərinin bioloji xüsusiyyətləri, onların fındıq və digər meşə ağacları ilə yaratdığı simbioz, trüfel bağlarının salınması üsulları, dünya təcrübəsi, Azərbaycanın iqlim və torpaq şəraitinin bu sahənin inkişafı üçün yaratdığı imkanlar, eləcə də ixrac potensialı haqqında geniş məlumat verilib, təqdimatlar edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, imkanlar müzakirə edilib.
Layihə çərçivəsində silsilə tədbirlərin Quba, Şəki, Qəbələ rayonlarında keçirilməsi planlaşdırılır.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Digər Xəbərlər
16 Oktyabr 2026 09:00
HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR
09 Oktyabr 2026 09:05
ATMOSFERƏ NORMADAN ARTIQ ZƏRƏRLİ QAZLAR ATAN KİMLƏRDİR?
02 Oktyabr 2026 09:17
BİZ XANKƏNDİNİ YUXUMUZDA GÖRƏRDİK
25 Sentyabr 2026 09:00
AZƏRBAYCAN DÜNYAYA NÜMUNƏDİR
21 Sentyabr 2026 11:16
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
18 Sentyabr 2026 09:00
DÜNYANIN ƏN GÖZƏL YURDU: KƏLBƏCƏR!
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00


Bakı -°C

