Levon Ter-Petrosyanın "Vaşinqton görüşü" narahatçılığı:"Dost İran susub, Rusiya susub..."
Ağ Evdə avqustun 8-də keçirilən üçtərəfli zirvə görüşü hələ bundan sonra da uzun illər təhlil olunacaq, onun əsl dəyərinə layiqli qiymət veriləcəyi hazırkı səngiməyən müzakirələrdən bəlli olur.
Adalet.az xəbər verir ki, müzakirələrə artıq Ermənistan Respublikasının Birinci Prezidenti olmuş Levon Ter-Petrosyan da qoşulub. Bu görüşü də, qarşıya qoyulan öhdəlikləri də bəyənməyən sabiq prezident mediaya bunları deyib:
"Hakimiyyət, təbii ki, bunu sevinclə ən böyük uğurlarından biri hesab edir. Parlament müxalifəti isə təbii ki, sazişdə nəinki müsbət bir şey görmür, əksinə, onun icrasının dağıdıcı nəticələrini proqnozlaşdırır. Bəzi razılaşmalar haqqında danışmaq isə, yalnız razılaşmanın icrasından sonra mümkün olacaq".
Petrosyan arxayın olduğu, "dost" bildiyi ölkələrdən konkret addım görmədiyinə görə narahatçılığını da gizlətməyib:" Dost İran rəsmilərinin müxtəlif qiymətləndirmələri və xüsusən də Rusiyanın demək olar ki, tamamilə susması məni hələ də bir qədər çaşdırır. İran diplomatiyası o qədər incədir ki, onu dərhal dərk etmək bəzən çətin olur".
Hiss olunur ki, Ermənistanın sonuncu nəfəsliyi olan İranın da Ermənistandan üz çevirməsini təsəvvür etmək belə istəməyən sabiq erməni prezidenti narahatçılığını bu sözlərlə ifadə edir: "Ancaq öz təcrübəmdən sizi əmin edə bilərəm ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra İran nəinki Ermənistana qarşı hər hansı narazılıq və ya qınaq ifadə etməyib, həm də bizim bütün ehtiyaclarımıza müsbət cavab verib. Bir sözlə, Ermənistanla İran arasında 30 ildən çox davam edən münasibətlərdə heç bir anlaşılmazlıq görməmişəm".
P.S. Levon Ter-Petrosyan bəlkədə çox qocaldığı üçün anlamır ki, əslində İran 2 il əvvəl, Ermənistan hakimiyyəti ABŞ qoşunlarını Qafqaza gətirəndə inciklik baş verib. İndi isə ABŞın həm ordusu, həm də şirkətləri Zəngəzurda, yəni İranın ağzının içində olacaq. Bu isə İranı "mehriban qonşu" olmağa peşman edən ən başlıca amildir.
Əntiqə Rəşid
Digər Xəbərlər
14 Noyabr 2025 14:17
Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə bir araya gəldi
14 Noyabr 2025 13:15
ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Gəncədə keçirilib - FOTOLAR
14 Noyabr 2025 12:52
Xankəndidə mənzillər satışa çıxarılacaq
14 Noyabr 2025 12:19
“Fərdi təsərrüfatlarda yetişdirilən malların paytaxt bazarlarına çıxmaq şansı...”
14 Noyabr 2025 12:15
"Sizdən narazıyam, 75 yaşlı kişini yollarda əsir etmisiniz" - "Şərurlu İsfəndiyar"
14 Noyabr 2025 11:00
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib
14 Noyabr 2025 09:43
DYP piyadalara müraciət etdi
14 Noyabr 2025 09:41


Bakı -°C

