16 May 2024 09:40
2179
ƏDƏBİYYAT

LƏYAQƏT VƏ BÜTÖVLÜK

65 yaşını vərəqləyərkən

 

Ara-sıra şəhər həyatının bezdirici can sıxlığından vaxt tapıb görüşdüyüm, dərhal xəlvət guşəyəçəkilib (klassik yazarlar və filosoflar buna «inziva» deyirlər) dərdləşdiyim, fikir və duyğularımı bölüşdüyüm tək-tük simalardan biri Əbülfət müəllimdir. Bütövlük simvolu və ləyaqət sahibi kimi tanıdığm Əbülfət Pələngov. Uca dağlarmzn əzəmətli alim oğlu, fizika-riyaziyyat  elmləri doktoru, professor. Ömrünü-gününü pedaqoji sahəyə və elmə bağlayan, ali məktəbə yüzlərlə gələcəyin mütəxəssisini yetişdirən müəllim. Musa Yaqub demişkən:

 

Bir nankor tələbə dönüklüyündə,

Qızarar, utanar müəllim ömrü.

Birinin şanında, böyüklüyündə -

Uçar, qanadlanar müəllim ömrü.

 

Yox, Əbülfət müəllim təkcə pedaqoji universitetdə tələbə hazırlamayıb, həm də onlarla aspiranta dərs keçib, həmin gənc kadrların yolunda ürəyini məşələ döndərib, neçə-neçə doktoranta rəhbərlik edib, məsləhət verib, fəaliyyət istiqamətini göstərib. Maşallah, ardıcılları yetişib. Bəli, həqiqətən, bağban o zaman öyünür ki, əkdiyi ağac bol bar-bəhrə versin, məhsulu dadlı-tamlı olsun. Bu mənada Əbülfət Pələngov xoşbəxt şəxsiyyətdir ki, vaxtilə auditoriyada mühazirə oxuduğu tələbələrindən bir neçəsinin alim kimi səsi-sorağı möhtəşəm universitetlərdən, Akademiyanın elmi-tədqiqat institutlarından gəlir. Seminar salonlarında saç ağardıb, tər töküb Əbülfət Pələngov.

 

Boylandım sola da, baxdım sağa da,

Qalmışam məsum tək ortada hələ.

Vaxt tapa bilmədim qocalmağa da,

Necə oturmuşam partada hələ.

 

O, boylana-boylana, qaranlıq gecələri dirigözlü aça-aça taleyini yaşayır. Çalıışdığı Pedaqoji Universitetdə «mələk xislətli insan» ləqəbini qazanıb.Axı, o, elə müəllimlərdən olub ki, heç bir Allah bəndəsini qapısından ümidsiz qaytarmayıb.  Yaxşlığı həmişə yamanlıqla tərəziyə qoyub, mərhəm,  xeyirxah işlərə qol qoyub, hesab edib, yaxşılıq ər kişilərin işidir. Pislik eləməyə nə var, asandır. Beləcə, riyaziyyat fakültəsində hörmət-izzəti bir yana, vəzifə pillələrində yüksəlib, dekan müavini olub, dekan vəzifəsini xeyli müddət icra edib, ali məktəbin ictimai işlərində fəallıq göstərib.

İndi görkəmli həmyerlimizin adı dünyanın uzaq-yaxın ölkələrini dolaşır: sözsüz, türkdilli məmləkətlər ön sradadr - Türkiyə Cümhuriyyəti, Qazaxıstan, Özbəkistan, Tatarıstan, Qırğızıstan, Başqırdıstan və s. Əbülfət müəllim adınıçəkdiyim vəçəkə bilmədiyim bu qürbət yerlərdəçox məşhurdur, eyni zamanda həmin ünvanlarda keçirilən seminarlarda, simpoziumlarda, konfranslarda yurdumuzu ləyaqətlə təmsil edib. Yapdığı məruzələr, jurnal və dərgilərdə nəşr etdirdiyi məqalələr, riyaziyyatın müxtəlif sahələrinə dair yazdğı araşdrmalar həmişə diqqət mərkəzinə düşüb.Məhsuldar alimin qonşu Rusiya Federasiyasınn Moskva şəhərində və Dağıstan respublikasında göstərdiyi səmərəli fəaliyyət ayrıca mövzunun materialıdır.Bu qarşılql əlaqələr nəticəsində tez-tez Mahaçqaladan pedaqoq-alimlər Bakımıza təşrif gətirir, hansısa problem sahəni müzakirə obyektinəçevirir, birgə nəticə hasil edirlər.

Şübhəsiz, ünsiyyətdən, əlaqədən hər kəs qazanır:  qonaqpərvər, söhbətcil, qılıqlıƏbülfət müəllim elə hörməti-izzəti sayəsində başqa ölkələrdəçalışan yurddaşlarımızı da tapır, onları vətənəçəkir, maqnit cazibəsiylə ovsunlayır. Hansı diyarda yaşamasından asılı deyil, əgər sən özünü azərbaycanlı sayırsansa, mütləq torpaq eşqi ürəyindəçağlamalıdı:

 

Müqəddəs ruhların behişt yeridi,

ocaq Azərbaycan, pir Azərbaycan.

Harda baş ucaldan övladı varsa,

orda bərqərardır bir Azərbaycan.  

 

Əbülfət Pələngov xarakter etibarı ilə maraqlıı həyat adamıdır.Lerikin Züvüç kəndindəçoxuşaqlı ailədə doğulan bu insan kişilik, mətanət, cəsarət məktəbini də eləçətin coğrafi relyefə və dağşəraitinə malik rayonda keçib. Haçansa mənə söylədiklərindən: «anamı erkən itirmişəm, ancaq lap balaca yaşlarımdan zəhmətə, əməyəöyrəşmişəm. Səhərin gözü açılan kimi gah qoyun-quzu dalınca düşərdik, gah da məktəbə qaçardıq.Bütün yay tətili boyu çöldə, biçənəkdə, meşədə olardıq.Heyvanlar üçün qış tədarükü görər, ot-ələf daşıyardııq, atla, ulaqla odun doğrayıb gətirərdik.Dincəlmək nədi, yuxu nədi, bilməzdik.Heç kitab oxumağa, başımızı qaşımağa vaxt yox idi. Həmişə həyəcanda, tələshatələsdəydik, ora-bura yüyürürdük, ta orta məktəbi bitirənəcən…»

Gah da görürsən ki, telefonuma qəfil bir zəng gəldi - məhəbbət dolu titrək bir səs «dünyann o başndan» ruhumu səslədi: «Mənəm e, qardaş, Əbülfətdi, Lerikdən telefon açdım,  yadıma düşdün, hal-əhval tutmaq istədim». O saat anlayıram ki, Pələngovu, dağ havası tutub onu. Eyni istəklə dost adamı salamlayır, gedib kəndə başçəkməkdə arzusuna haqq qazandırıram. «Lerikin dağ kəndlərində bir neçəşəhid ailəsini ziyarət etmişəm, ini yadma düşdün, gərək səni də götürəydim, daha keçdi, müsəlmanın sonrakı ağlı. Hazırda Züvüçdəyəm. Ata-anamın məzarlarını ziyarət endirəm.Dədə-baba ocağına getmək savabdı».Səs yavaş-yavaş qırılmağa başlayır. Mən, yalnız iki kəlməəlavə edirəm: «Yaşa, Əbülfət müəllim, torpağımın sədaqət, etibar mücəssəməsi…».

Yeri gəlmişkən, «şəhid mövzusu» Qarabağ müharibəsi tüğyan edənən Əbülfət müəllimin ağrılı yeridi.Xalqımızın erməni qəsbkarlarına qarş apardığı bu haqq savaşı neçə-neçə igid Vətən övladının qanı bahasına oldu.Pələngovlar ailəsindən də yan keçmədi bu amansız müharibə.Əbülfətin böyük qardaşı Bünyadəli Pələngov qarı düşmənlə pələng kimi vuruşdu.Cəsur zabit Qarabağın kəndləri vəşəhərləri uğrunda gedən savaşda mərdi-mərdanə sinə gərdi, şəxsi igidlik nümunəsi göstərdi və elə döyüş meydanında da canını vətəninə fəda etdi. Bakıda Bünyadəlinin adına orta məktəb var, küçə verilib, haqqında sənədli film çəkilib, şeirlər, məqalələr yazılıb, rəşadəti kitab səhifələrindəəksini tapıb. İndi qəhrəmanın Şəhidlər Xiyabanındakıəbədi ünvanı təkcə Pələngovların deyil, bütün Azərbaycan xalqının ziyarət yeridir.Nəhayət, 44 günlük İkinci Qarabağ savaşında erməninin burnu ovuldu, tozu göyə sovruldu, birliyimiz bizi qalibiyyətə, zəfərə apardı.

 

Mənim cəsur əsgərim, bitməyib böyük dava,

Mənfur düşmən hiyləgər, ölkə ağızdan yava.

Murovdan o tərəfə torpaqların ardı var, -

Ali Baş Komandanım «İrəli» deyir ancaq.

 

Fizika-riyaziyyat üzrə görkəmli professor şeir vurğunudur.Eləçağdaş Azərbaycan şairi yoxdur ki, yaradıcılığından nümunəəzbər bilməsin. Bir də görürsən, Molla Pənah Vaqifdən başlayır, Məmməd Arazda, Musa Yaqubda, Ramiz Rövşəndə, Vaqif Bəhmənlidə, Zəlimxan Yaqubda sözünü bitirir. Əbülfət müəllim şeiri səlis, rəvan deyir, qətiyyən çaşmıır, dili topuq çalmır.

 

Ey dəvə yol, düşdüm daha belindən,

Ovsar cığır, çıxdn daha əlimdən.

Balam çiçək, bir dəöpüm telindən,

Salamat qal, salamat!

 

Tez-tez uzun illər Pedaqoji Universitetdəçiyin-çiyinəçalışdığ Oqtay Rzanı xatırladır, şairlə bağlı məzəli-gülməli hadisələri yada salır, mehribanlığını, səmimiliyini ön plana çəkir.Əbülfət Pləngovun söylədiklərindən: «Bir dəfə Lerikin Pirasora kəndindən olan, Muğanda iri qoyunçuluq təsərrüfatına rəhbərlik edən mərhum ağsaqqal Meyxoş Hüseynov məni qardaşıoğlunun  toyunaçağırdı. Dəvətnamə verərkən, sözü bu oldu ki, bacıoğlu, əgər şənliyə gələsi olsan, özünlə tanınmışşairlərdən, aliməlrddən götür, qoy toyumuz daha şən, şaqraq, mənalı keçsin.Dərhal Oqtay Rza yadma düşdü.Qabaqcadan əhvalatı ona danışdım.Şair heç demə, elə bir himə bəndmiş, razılıq verdi. Ax Muğan sənətkarn həm də doğulduğu vətəniydi. Düşündü ki, həm ziyarət, həm də ticarət.Əlqərəz, o toy o qədər maraqlı, yaddaqalan oldu, hər kəsi  duyğulandırdı, hamının ürəyini açdı. Musiqi sədaları səslənən şeirlərə qarışdı.Müdrik kəlamlar camaatı riqqətə gətirdi.Ovqatımız yüksək səviyyədə, kefimiz saz halda Bakıya döndük.

Əbülfət müəllim təbiətən emosional, daxilən  qaynar, çağlar həyat adamıdır. Ömründə kiminsə xətrinə dəyməz, əhvalını pozmaz. Ancaq ki, haqsızlıq gördü, birinin göz görəsi hüququ pozuldu. Ədalət tərəzisinin pərsəngi düz gətirmədi, sifətinə baxmaq olmur. Kollektivindəçalışır tələbənin də, müəllimin də haqqıözünə verilsin. Heç kəs aşağılanmasın, kiçilməsin. Buna görə hamının gözündə ucada dayanır.

Ağacəfər Həsənli