Arzu Əsəd: Bu ağır sınaq günlərində bir də ürəyimə gəldi
Siz ki hamıdan gözəl, hamıdan məğrusunuz,
Bədənlərə bürünən bir ilahi nursunuz,
Qəlblərə, beyinlərə işıq sovurursunuz,
Azərbaycanlılar, azərbaycanlılar!
Dünya dönər, dəyişər, siz haqq ilə birsiniz,
Tarixin qatlarında açılmamış sirsiniz,
Yer üzünə səpilən bərəkət, xeyirsiniz,
Azərbaycanlılar, azərbaycanlılar!
Bu yurd, bu torpaq sizin, siz bu torpağınsınız,
Sonsuzluğa yürüyən müqəddəs axınsınız,
Siz elə yaranışdan Allaha yaxınsınız,
Azərbaycanlılar, azərbaycanlılar!
Tarix nələr görmədi, nə simalar, nə canlar,
Bəşərə güzgü oldu gəlib keçən zamanlar,
Adam kimi adamlar,insan oğlu insanlar-
Azərbaycanlılar, azərbaycanlılar.
Siz nə ali irqsiniz, nə fövqəlbəşərsiniz,
Nə mütləq xeyirsiniz, nə əzəli şərsiniz,
Ədalətdir, sevgidir insanlığa dərsiniz,
Azərbaycanlılar, azərbaycanlılar!
Yondu, cilaladı ki, tarix bu ürəkləri,
Siz daşıyasınız məhşərə gerçəkləri.
Göy üzü insanları, yer üzü mələkləri-
Azərbaycanlılar, azərbaycanlılar!
Yığılın ey zərrələr, bir işığa yığılın,
Bir ürəyə boşalın, bir yumruğa sıxılın,
Bitməsin bu dünyanın Azərbaycan nağılı,
Azərbaycanlılar, azərbaycanlılar!
Digər Xəbərlər
27 Oktyabr 2026 11:00
İKİ ŞEİR
27 Oktyabr 2026 10:55
“Siyasət və din insanla sevişəndə onu geyindirir...”
27 Oktyabr 2026 10:53
Arzu Kazımqızı Nehrəmli ŞEİRLƏRİ
26 Oktyabr 2026 13:53
Zəfər müjdəli qayıdış
26 Oktyabr 2026 13:23
AQİL ABBAS OXUCULARI İLƏ GÖRÜŞDÜ - FOTOLAR
26 Oktyabr 2026 11:33
Müasir nəsr mənzərəsində hekayə: janrın dinamikası
26 Oktyabr 2026 11:19
“İnsan yaşlanmasına deyil, yaşlandıqca gəncliyin getməməsinə üzülür”
26 Oktyabr 2026 11:05


Bakı -°C

