Leyla Əliyeva bayramı şəhid övladları ilə keçirdi - FOTOLAR

Martın 18-də - İlaxır çərşənbəsi günündə Heydər Əliyev Fondunun dəstəyi ilə qəhrəman şəhidlərimizin övladları üçün Novruz şənliyi keçirilib.
Adalet.az xəbər verir ki, Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından xüsusi ayrılmış avtobuslarla Qubaya yola düşən uşaqlar burada onlar üçün təşkil olunan bayram süfrəsi ətrafında maraqlı bir gün keçiriblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində şəhid övladları ilə birgə olub.
Azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, DJ-lərin, animatorların iştirakı ilə təqdim olunan müxtəlif əyləncə və şou-proqramlara qatılıb, rəqs edib, oyunlarda iştirak ediblər.
Bayram şənliyinin sonunda doğum günü olan uşaqlarla birgə tort kəsilib və tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqları, həmçinin şəhidlərimizin bizə əmanəti olan övladlarını hər zaman diqqətdə saxlayır. Fond bu kateqoriyadan olan uşaqlar üçün mütəmadi tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim layihələr reallaşdırır.
Digər Xəbərlər

Arzu və Leyla Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkdilər - FOTOLAR

Çaylarda sululuq artıb

Sabah 30° isti olacaq

Bakı şəhər prokurorluğunun yeni korpusunun açılışı oldu - FOTOLAR

Şuşa şəhəri: Gündüzdən gecəyə... - VİDEO

Arzu Əliyeva "Ümid Yeri" Uşaq Sığınacağını ziyarət etdi - VİDEO

Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - 16 nəfər müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO
