Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirə səfəri çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak edib.
Adalet.az xəbər verir ki, əvvəlcə Leyla Əliyevanın iştirakı ilə Mingəçevir su anbarına 25 min ədəd sazan balığı buraxılıb.
Aksiya su bioresurslarının bərpası, balıq ehtiyatlarının artırılması və su hövzələrinin ekoloji tarazlığının qorunmasına töhfə vermək məqsədi daşıyır.
Daha sonra Leyla Əliyeva Korçay Dövlət Təbiət Yasaqlığı ərazisində həyata keçirilən reintroduksiya prosesində iştirak edib.
Yasaqlığa Şirvan Milli Parkının ərazisindən gətirilmiş 10 baş ceyran buraxılıb. Ceyranların Yasaqlıq ərazisinə köçürülməsində məqsəd mövcud ceyran populyasiyası arasında gen dözümlülüyünü artırmaq, müxtəlif xəstəliklərin qarşısını almaq və bu ərazidə daha sağlam ceyran nəslinin formalaşdırılmasıdır. Hazırda Korçay Dövlət Təbiət Yasaqlığında ceyranların sayı 810 baş təşkil edir.
Səfər proqramı çərçivəsində həmçinin Mingəçevir şəhərində ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Leyla Əliyevanın iştirakı ilə 100 nəfər könüllü tərəfindən Eldar şamı və sərvdən ibarət 200 ağac əkilib. Eldar şamı və sərv quraqlığa davamlı, regionun torpaq-iqlim şəraitinə uyğun ağac növləri kimi ətraf mühitin mühafizəsi və yaşıllıq zolağının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, sözügedən ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf-mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən işlərin tərkib hissəsidir.
Digər Xəbərlər
14 Noyabr 2025 09:21
Yeni Günəşlidə park sökülür...
14 Noyabr 2025 09:10
Xırda və orta sahibkarları niyə incidirlər?
13 Noyabr 2025 14:51
Xocalının Daşbulaq və Badara kəndlərinə növbəti köç olub - YENİLƏNİB
13 Noyabr 2025 13:08
Sabah hava necə olacaq?
13 Noyabr 2025 12:33
“Bununla uşaqların həyatı da, psixologiyası da pozulur, onları məhv edirlər”
12 Noyabr 2025 18:33
Sumqayıtdan Bakıya gələcək yeni marşrutun dayanacaq məntəqələri - FOTOLAR
12 Noyabr 2025 17:24
Hamiləlik və doğuma görə verilən müavinətlər artırılır
12 Noyabr 2025 15:58


Bakı -°C

