31 Mart 2025 19:50
1409
DÜNYA

Litvada itkin düşən amerikalı hərbçilərin meyitləri tapıldı

Litvada təlimlər zamanı itkin düşən 3 amerikalı hərbçi ölü tapılıb.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropa və Afrikadakı Ordu Komandanlığı məlumat yayıb.

Əsgərlərin meyitləri martın 31-də səhər saatlarında aşkar edilib.

"Şəxsiyyətləri açıqlanmayan əsgərlər martın 25-də M88A2 Hercules ARV ilə hərəkətsizləşdirilmiş taktiki avtomobilin təmiri və yedəklənməsi üzrə əməliyyat keçirərkən itkin düşüblər", - deyə məlumatda bildirilir. 

Hazırda itkin düşən daha bir əsgərin axtarışları davam etdirilir.