adalet.az header logo
  • Bakı -°C
12 May 2026 10:48
149
HADİSƏ
A- A+

Lökbatanda anbarda yanğınla bağlı araşdırma aparılır

“Hava şəraiti küləkli olduğuna, həmçinin yanğın anbarda baş verdiyinə görə, hadisə yerinə əlavə qüvvələr cəlb edilib. Yanğın baş verən əraziyə 190 şəxsi heyət, 140-a yaxın xilasetmə, yanğın texnikası, 2 helikopter cəlb olunub. Yanğının söndürülməsi iatiqamətində tədbirlər davam edir. Ətrafdakı anbar yanğından tam mühafizə edilib”.

Adalet.az xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev deyib.

Onun sözlərinə görə, yanğın baş verən anbarda müxtəlif təyinatlı mallar yığılıb.

Qeyd olunub ki, hazırda yanğının baş vermə səbəbi araşdırılır, xəsarət alan yoxdur.