Sabah 31 dərəcə isti olacaq
Mayın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22°, bəzi yerlərdə 26° isti olacaq.
Digər Xəbərlər
23 Iyun 2026 20:51
Əhməd Aşurov dünyasını dəyişdi
23 Iyun 2026 20:10
Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda TAPILDI
23 Iyun 2026 19:31
Azyaşlı övladını təhlükəyə atan motosiklet sürücüsü saxlanıldı - VİDEO
23 Iyun 2026 12:53
Sabah yağış yağacaq
23 Iyun 2026 12:05
İstanbuldakı Azərbaycan məktəbində şiddət qalmaqalı - VİDEO
23 Iyun 2026 09:20
“Avtobusların oturacaqlarının parçası keçinin dizi kimi qotur bağlayıb”
22 Iyun 2026 17:04
Mərdəkanda dənizdə 4 nəfər batdı - 2-si qardaşdır - YENİLƏNİB
22 Iyun 2026 08:49


Bakı -°C

