Lunatiklər haqda maraqlı faktlar

Lunatizm və ya somnambulizmi yuxu pozğunluğu kimi təsvir edə bilərik. Hesablamalara görə hər 5 uşaqdan biri lunatik olur. Ancaq zaman keçdikcə, bu say azalaraq insanların 1-2,5 faizi arasında müşahidə edilir.
Yuxu mərhələləri
Beynin necə yuxu zamanı "qalxıb gəzmə” əmri verməsinin səbəbini bilməsək də, yatarkən nələr olduğunu bilirik. Aydındır ki, yatan zaman fərqli yuxu mərhələlərindən keçirik. Əvvəl yüngül yuxu, 20 dəqiqə sonra dərin yuxu, sonra yenə yüngül yuxu, sonra sürətli göz hərəkətlərinin gerçəkləşdiyi mərhələ gəlir. Məhz bütün arzularımızı bu mərhələdə görürük.
Yuxu zamanı hərəkət etməyimizin qarşısını almaq üçün bədənimiz bu mərhələdə iflic halında olur. Amma somnambulizm daha dərin yuxu zamanı baş verir. Maraqlı və paradokslarla dolu bir haldır. Beyin hərəkət edəcək qədər fəal olur, amma bu fəallaşma oyanma həddində deyil.
Lunatiklərin zombi kimi qollarını irəli uzadıb yeriməsi inancı doğru deyil. Ancaq gözləri açıq olduğu halda belə görə bilməzlər. Onların diqqətini çəkmək çətindir. İşığı yandırmaqlarına ehtiyac yoxdur, yaddaşları onlara rəhbərlik edir.
Əsas səbəb nədir?
Somnambulizm olduqca fərqli səbəblərdən ötrü ortaya çıxan bir xəstəlikdir. Bəzən yorğunluq, kədər, stress, panika kimi psixoloji amillərdən qaynaqlanır. Eyni zamanda, ürək narahatlıqları, astma kimi fizioloji narahatlıqlarda yarana bilər.
Lunatiki oyatmaq
Lunatiki yuxudan oyatmağın hər hansı böyük riski yoxdur. Ancaq unutmayın ki, insan hərəkətlərinin fərqində olmadığı üçün oyananda olduqca qəribə bir vəziyyətdə olacaq. Ona görə oyandığı zaman təmkinlə vəziyyəti ona danışmalısınız.
Ancaq daha yaxşı olar ki, onu sakit şəkildə yatağına tərəf yönləndirəsiniz, bu onun həyəcan keçirməsinin qarşısını alır. Xüsusilə uşaqlar üçün bu vacibdir.

Təhlükə varmı?
Bəzən ola bilər ki, lunatik özünə zərər yetirsin. Bir şeyə ilişib düşə bilər ya da gəzərkən maşınla toqquşma kimi hallara rast gəlinə bilər.
Lunatiklər və ya elmi dillə desək somnambullar gecəyarı yuxuda ikən yataqdan qalxaraq açıq gözlərlə gəzə, söhbət edə, elementar işlər görə bilən adamlardır.
Lunatik əgər oyadılmasa o bir müddət sonra yatağa qayıdır və səhər heç nə xatırlamır.
Alimlər müəyyənləşdiriblər ki, somnambulizm xəstəlik deyil, sadəcə genetik səviyyədə baş vermiş özünəməxsus pozuntudur. Lakin alimlər hələ də bütöv Ayın, yoxsa onun fazalarının somnambulzimin oyanmasına təsir göstərdiyini müəyyənləşdirə bilməyiblər.
Əgər adi qaydada yuxu vaxtı bədən süstləşir, beyin isə mütəmadi olaraq yuxugörmə şəklində impuls verirsə, lunatiklərdə əksinədir: bədən oyaq qalır, beynin aktivliyi isə praktiki olaraq mövcud olmur.

Orta əsrlərdə belə hesab edirdilər ki, lunatiklərin bədənlərinə şər ruhları hakim olurlar, buna görə də onların bir çoxu inkvizisiyanın qurbanına çevrilirdilər. Maraqlıdır ki, əvvəllər ifritə adıyla yalnız qadın lunatikləri cəzalandırırdılar. Kişi somnambullar bir neçə əsr sonra, daha dəqiq desək 17-ci əsrdə cəzalandırılmağa başlanıldı.
Adətən somnambullar ətraf üçün təhlükəli olmurlar. Onlar daha çox özlərinə xəsarət yetirilər. Misal üçün pəncərədən düşürlər. Lakin somnambulların başqalarına xəsarət yetirdikləri qətl və ya zorlama kimi hadisələr də qeydə alınıb. Təbii ki, onlar səhər bu haqda bir şey xatırlamaz olurlar.
Lunatizm mütəmadi baş verdiyi kimi, çox nadir hallarda da ola bilər.
Alimlər hesab edirlər ki, sağlam əhalinin təqribən üçdə biri həyatları boyu iki-üç dəfə lunatiklik etsələr də onlar bunu xatırlamırlar.
Türkçədən çevirdi: Oğuz Ayvaz
Digər Xəbərlər

Toyuq yeməkləri xərçəng riskini artıra bilər

250 kredit balı yığan həkimlər sertifikasiya imtahanından azad ediləcəklər

Stomatologiya sahəsində monitorinqlər aparılacaq
