Baba Vəziroğlu "Ulduz"lu görüşlər"in qonağı olub
"Ulduz"lu görüşlər"in növbəti qonağı Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu olub. Azərbaycan Univerisitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri açan "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs bildirib ki, Baba Vəziroğlu imzası ədəbiyyatımızda özünəməxsus yer tutur.
Görüşdə Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, "Ulduz" jurnalının şöbə redaktorları Dayandur Sevgin və Taleh Mansur çıxış ediblər.
Çıxış edən Baba Vəziroğlu keçdiyi həyat və yaradıcılıq yolundan bəhs edib. Qələmə aldığı nəsr əsərləri, tərcümələri, həmçinin mahnı mətnlərinə çevrilmiş şeirləri haqda danışan şair tələbələri maraqlandıran suallara cavab verib. Qonaq sonda tələbələrə özünün "...Qalanı xatirədi" adlı şeirlər kitabını hədiyyə edib.
Digər Xəbərlər
27 Oktyabr 2026 11:00
İKİ ŞEİR
27 Oktyabr 2026 10:55
“Siyasət və din insanla sevişəndə onu geyindirir...”
27 Oktyabr 2026 10:53
Arzu Kazımqızı Nehrəmli ŞEİRLƏRİ
26 Oktyabr 2026 13:53
Zəfər müjdəli qayıdış
26 Oktyabr 2026 13:23
AQİL ABBAS OXUCULARI İLƏ GÖRÜŞDÜ - FOTOLAR
26 Oktyabr 2026 11:33
Müasir nəsr mənzərəsində hekayə: janrın dinamikası
26 Oktyabr 2026 11:19
“İnsan yaşlanmasına deyil, yaşlandıqca gəncliyin getməməsinə üzülür”
26 Oktyabr 2026 11:05


Bakı -°C

