23 Oktyabr 2024 17:45
272
DÜNYA

"Macarıstan Avropa Birliyinin kuklasına çevrilməyəcək" -Orban

Macarıstan Brüsselin şantajından qorxmur və Avropa Birliyinin kuklasına çevrilməmək üçün mübarizə aparacaq.

Adalet.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban 1956-cı il Macarıstan hadisələrinin başlanmasının ildönümü münasibəti ilə çıxış edərkən bildirib.

"Biz Macarıstanın yenidən marionet dövlətinə və Brüsselin vassalına çevrilməsinə dözməyəcəyik", - Orban deyib.

Onun sözlərinə görə, macarlar imperiya onları şantaj edəndə qorxmurlar: "Bilirik ki, bizi müharibəyə sürükləmək istəyirlər, miqrantları bizə qarşı qoymaq istəyirlər, uşaqlarımızı gender fəallarına vermək istəyirlər".