21 Oktyabr 2025 17:11
82
DÜNYA

Macarıstanda fövqəladə vəziyyət uzadıldı

Macarıstan parlamenti qonşu Ukraynadakı silahlı münaqişə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimini daha altı ay uzadıb.

Adalet.az xəbər verir ki, bu barədə TASS məlumat dərc edib.

Fövqəladə vəziyyətin 180 gün uzadılmasının lehinə 127 deputat, əleyhinə isə 56 deputat səs verib. Fövqəladə vəziyyət ilk dəfə 2022-ci ilin mayında Ukraynadakı münaqişə ilə əlaqədar tətbiq edilib və o vaxtdan altı dəfə uzadılıb.