Macarıstanda Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” filmi nümayiş olunub
Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəlik ofisi və Karoli Qaspar Universitetinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş “Şuşanın tək incisi” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən TDT-nin Nümayəndəlik ofisinin rəhbəri Janos Hovari, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Xurşidbanu Natəvanın sonuncu Qarabağ xanının qızı, şairə, rəssam, xeyriyyəçi kimi Azərbaycan tarixində oynadığı mühüm roldan söz açıblar. 1960-cı ildə Natəvanın Bakıdakı abidəsinin və 1982-ci ildə onun Şuşadakı büstünün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə açıldığı qeyd edilib. Eyni zamanda, böyük şairənin Ermənistanın işğalı zamanı güllələnmiş büstünün 2020-ci ildə Şuşanın azad olunmasından sonra öz yerinə qaytarıldığı və şəhərin yenidən dirçəlməsinin simvoluna çevrildiyi diqqətə çatdırılıb. 2022-ci ildə 190 illiyi dövlət səviyyəsində qeyd edilən Natəvanın Ağdamda erməni işğalı zamanı dağıdılmış qəbirüstü abidəsinin yenidən hazırlanaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə açıldığı bildirilib.
Çıxışların ardından “Şuşanın tək incisi” filmi qonaqlara təqdim olunub və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə hazırlanan filmin ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır. Xurşidbanu Natəvan obrazını Azərbaycanın Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında - Şuşada ermənilər tərəfindən dağıdılan evində aparılıb.
Filmdən sonra Türkdilli dövlətlərin gənclərindən ibarət ansambl öz xalqlarına məxsus olan milli mahnıları ifa ediblər.
Tədbirdə Türk dövlətlərinin Budapeştdə akkreditə olunan diplomatik missiyalarının rəhbər və nümayəndələri, Fondun və TDT-nin Nümayəndəlik ofisinin təmsilçiləri, elmi-akademik dairələrin və KİV nümayəndələri, Azərbaycan diasporasının üzvləri və türk dövlətlərdən Budapeştdə təhsil alan tələbələr iştirak ediblər.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

