Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə ediblər
Pentaqon Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı əməliyyatda “Claude” adlı süni intellekt proqramından istifadə edib.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Wall Street Journal” qəzeti yayıb.
Bildirilib ki, həmin proqramdan əməliyyatın təşkili ilə bağlı məlumatların hazırlanması üçün istifadə edilib.
Bununla belə, digər detallar açıqlanmayıb.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

