adalet.az header logo
  • Bakı -°C
26 Mart 2026 19:48
78
DÜNYA
A- A+

Maduronun məhkəməsinin VAXTI BİLİNDİ

Venesuelanın sabiq prezidenti Nikolas Maduronun məhkəməsi 26 mart tarixinə təyin edilib.

Adalet.az-ın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, məhkəmə iclasında vəkillər hakimi ABŞ hökumətinin müvəkkillərinin narkoterrorizm ittihamı ilə məhkəməyə hazırlaşmasına mane olduğuna inandırmağa çalışacaqlar.

Mütəxəssislər hesab edirlər ki, müdafiə tərəfinin perspektivləri zəifdir.

Keçmiş prokuror Dunkan Levin qeyd edib ki, sanksiya rejimi Maduronu resurslardan məhrum etməyə yönəlib, buna görə də məhkəmənin dövlət vəsaitlərindən ödənişə icazə verməsi ehtimalı azdır. Lakin ABŞ qanunlarına görə, Maduro hökumət tərəfindən təyin olunmuş vəkil hüququnu özündə saxlayır.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.