Dövlət nömrə nişanı ala bilmirlər
"Yol hərəkəti haqqında" qanuna əlavədən sonra moped sürücülər də bir mənalı olaraq sürücülük hüququnu təsdiq edən sənədə yiyələnmidir.
Yeni onun sürücülük vəsiqəsi olmalıdır. Artıq bir müddətdir ki, onlar sürücülük vəsiqəsi alandan sonra mopedləri idarə edirlər. Bunlar hamısı aydındır .Amma aydın olmayan odur ki, indi də başqa bir problem ortaya çıxıb. Belə ki, bəzi moped sürücüləri idarə etdikləri nəqliyyat vasitəsinə dövlət nömrə nişanı ala bilmir.
Bunu da onunla izah edirlər ki, həmin nəqliyyat vasitələri respublikamıza gətirilərkən bir çox prosedur qaydalarına əməl edilməyib. Başqa sözlə demiş olsaq, mopedlər qeydiyyata alınmayıb və dövlət rüsumu ödənilməyib. Məhz bu problemlərə görə də, onları idarə etmək istəyən sürücülər çətinliklə üzləşir və dövlət nömrə nişanı ala bilmirlər.
Nömrəsiz də mopedlər idarə olunanda yol polisi həmin sürücüləri saxlayır və cərimə edirlər. Ona görə də bu problemlər aidiyyəti qurum tərəfindən həll edilməli, mövcud çətinlik tez bir zamanda aradan qaldırılmalıdır!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
04 Iyun 2026 14:12
Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır - VİDEO
04 Iyun 2026 13:41
Sabah 32 dərəcə isti olacaq
04 Iyun 2026 13:37
Azərbaycandan Ermənistana 42 vaqon dizel göndəriləcək
04 Iyun 2026 12:53


Bakı -°C

