Kəramət: MAĞARADA YAŞAMAMAQ MAĞARA DÜŞÜNCƏSİNDƏN QURTULMAQ DEYİL...

ŞEİR YAZMAQ DA ŞAİR OLMAQ
BƏDİİ DÜŞÜNCƏNİN "RAHATHÜLQUMU"...
...ümumiyyətlə, biət-inanmaq ən yayğın, tarixən sınaqdan keçirilmiş kütlənin idarə olunması metodudur ki, ədəbiyyat üçün də keçərlidi. Yəni hazır qəliblər, min dəfə çeynənmiş ifadələr, yanaşmalar, ölü hüceyrələr, gerçəkdən uzaq "məhsullar", yüz ildi içi eyni , üzü dəyişən zərərli məhsullar vücudu da, düşüncəni də işləksiz hala gətirir, loru dildə desək, "daha baş xarab olur, işıəmir."
Çıqqıltısı gələn saatın əqrəbləri, nəinki yerindən tərpənmir, dünyada gedən örosesdən (ədəbi) kənarda qalır, geriyə sayma başlayır və meyxanaya, toyxanaya, mağaraya doğru çürüməni hərəkət sayır. Ritmi tut, şeirin şəklini-qəlibini seç, doldur içini ağzına gələn sayıqlamalarla və təbliğ də olunsun yuxarıların drijorluğuyla, axı, normal düşüncə gərək deyil, hələ maneəyə də çevrilə bilər "rəis" üçün...Kosmosu öyrənmək, tədqiq emək yox, kosmosa namaz qılmaq üçün 50 milyon dollar ödəməklə biəti göyə qaldırmaq. Şeirimiz də belədi, hap-gop, heç bir normal tənqidə-təhlilə tab gətirmir, Əli Kərim demiş-TƏNQİDDƏN DƏ AŞAĞIDIR.
"Kütlə hökmü"- inancı təhlükəlidir, fərdləşməyən çoxluq hökm verir sənətə, elmə də. Fərd özünü idarə edə bilmədiyindən kütlənin hökmündə rahatdı, yəni palaza bürünüb elnən sürünməkdən məmnundu.
İşdi-şayəd BİRi çıxıb azca fərqli bir söz desə, fikir bəyan etsə, sürü psixolojisiylə ədəbi cameə onu xalq düşməni elan edər...çünki hamı özünü "Xalq şair-yazıçısı" görür və bilmir ki, sənət kütləvi olmaz, elm-bilim xorla yaradılmaz, sadəcə mühit-laborotorya müsaid olmalıdı...
"Xalqların və kütlələrin psixologiyası" (Qustav Lebon) kitabını da xatırlatmaq haqqaniyyətli olar.
ALINTI:
--Xalqların və Kütlənin Psixologiyası, Gustave Lebon
Fransız psixoloqu Lebon Qustavın “Xalqlar və kütlə psixologiyası” əsəri böyük sosial qrupların psixologiyasının tədqiqinə həsr olunub. Mütəşəkkil kütlənin davranış qanunlarını ilk dəfə məhz Lebon ifadə edib. Əsərində o yazır ki, izdiham zamanı adamlarda “indiyədək sahiblənə bilmədikləri yeni keyfiyyətlər meydana çıxır”. Belə vəziyyətdə fərd “fors-major şüur əldə edir və bu şüur onu elə instinktlərə tabe olmağa vadar edir ki, tək olduğu zamanlarda heç vaxt onlara azadlıq vermir”. Lebon bunu belə izah edir: birincisi, “kütlə anonimdir və ona görə məsuliyyət daşımır. Ayrı-ayrılıqda fərdləri həmişə çəkindirən məsuliyyət hissi, izdiham zamanı tamamilə ortadan qalxır”. İkincisi, izdihamda “hər bir hiss, hər cür fəaliyyət sirayətedicidir, özü də o dərəcədə ki, fərd öz şəxsi maraqlarını çox asanlıqla kollektiv maraqlara qurban verir”. Müəllifin müşahidələrinə görə, izdihamda fərdin üçüncü əsas xüsusiyyəti, “bir növ təlqinə həssas olmasıdır, bu zaman o, öz iradəsinə malik olmur”
O kitabın tədqiqat obyekti olan kütlə də, fərd də dəyişib; Bu da mənim təsbitim olsun...Daş da, qaya da dəyişir, mağaranı çoxmərtəbəli binalar əvəz edir, amma qafa mağara qafasıdı ki...dəyişməyib və çoxluq sonra ümumhərəkətə mane olduğundan kütləvi şəkildə qırılır...bu və ya digər şəkildə.
İSTEDAD üçün zaman və məkan vacib şərtdir.
Digər Xəbərlər

Azərbaycan Universitetinin əməkdaşının yeni dərs vəsaiti çap olunub

Tanınmış şair Məmməd Aslanın anım günüdür

Şəmistan Nəzirli və Fərman Eyvazlı- iki görkəmli sənətkar və eyni sonluqlu tale
