Mağazada pirotexniki vasitələr satan şəxs tutuldu

Ərzaq mağazasında pirotexniki vasitələr və aksiz markası olmayan tütün məmulatları satan şəxs saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan rayon sakini saxlanılıb.
Onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr və aksiz markaları ilə markalanmamış siqaret qutuları aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

9-cu sinif şagirdini qaçıran 31 yaşlı şəxs SAXLANILDI

Gəncənin bombalanması barədə məlumatı kimdən aldığını AÇIQLADI

Bakıda dolları saxtalaşdıran dəstə üzvləri saxlanıldı - VİDEO

Sabunçuda polisin kokain əməliyyatı - Saxlanılanlar var - VİDEO

"Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb" - Bako Sahakyan

"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi" - Bako Sahakyan

Yevlaxda KÜTLƏVİ DAVA: Ölən var
