"Magerramov" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı

Nərimanov Rayon Məhkəməsində tiktoker "Magerramov" ləqəbli Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.
Adalet.az Apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Xatırladaq ki, Ə.Məhərrəmov ötən ilin dekabr ayında saxlanılıb. Ə.Məhərrəmov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan əvvəl "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov da ev dustaqlığına buraxılıb.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Fransadakı səfirliyimizə hücum edən Tufanyanın cəzası ağırlaşdırıldı

Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO

Cinayətdə şübhəli bilinən 29 nəfər saxlanıldı

Cəbrayılda əməliyyat - Bir nəfər həbs edildi - VİDEO

Qayınatası tərəfindən öldürülən Günel müəllim imiş - VİDEO

DTX və DSX əməliyyat keçirdi - 42 kiloqram narkotik götürüldü - FOTO
